26.09.2025

Sosial Xidmətlər Agentliyi “Sosial işin idarə edilməsi (Keys menecment)” və “Davamlı demoqrafik inkişaf və ailə dəyərlərinin təbliği” adlı müsabiqə keçirir

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 10 oktyabr 2025-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır. Müsabiqə 13 oktyabr 2025-ci il saat 12:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.  

Əlaqə telefonu: (012) 525-41-30 (daxili - 5036)
Müsabiqə komissiyası