21.04.2025

Sosial Xidmətlər Agentliyi tərəfindən “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusunda ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən  Qazax şəhərində 2 may 2025-ci il tarixində saat 11:00-da “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusunda ictimai dinləmə keçiriləcək. 
İctimai dinləmədə iştirak etmək istəyən şəxslər Agentliyin (012) 525-41-30 (daxili 5464) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Qazax-Tovuz regional filialına yaxınlaşa bilərlər.