25.09.2024

1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri forumda çıxış ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri "Sosial və inkluziv həyatda könüllük və onun inkişafı" forumunda iştirak ediblər. 

Azərbaycan Dövlət İqtisad Universitetində təşkil edilmiş görüşdə inkluziv və sosial reabilitasiya xarakterli tədbirlərin əhəmiyyətindən danışılıb. 

Qeyd olunub ki, Sosial Xidmətlər Agentliyi tərəfindən həssas əhali qruplarından olan vətəndaşlarımıza səyyar, stasionar və yarımstasionar formada xidmətlər göstərilir. Həmçinin onların cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası məqsədilə tədbirlər görülür, müxtəlif layihələr icra olunur. 

Sonra 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri "Qaraçı", "Hind" və "Naz eləmə" rəqs nümunələrini təqdim ediblər, eləcə də şeir səsləndiriblər.