Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunan tədbir təşkil olunub.
Tədbir çərçivəsində sakinlər “Arşın mal alan” tamaşasını səhnələşdiriblər, eləcə də musiqi və rəqs nömrələri nümayiş etdiriblər.
Tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan sakinlərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin sosial və emosional rifahının dəstəklənməsi olub.