01.08.2023

2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində valideynlərlə görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində valideynlərlə görüş keçirilib.

Müəssisənin direktoru Pərvanə Səfərova və müəssisənin əməkdaşları burada göstərilən xidmətlər barədə valideynlərə məlumat veriblər.

Bildirilib ki, Müəssisədə uşaqlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Həmçinin uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq onların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnməsi, fiziki tərbiyəsi və s. istiqamətlərdə işlər aparılır. Burada onların daimi və keyfiyyətli qidalanması, zəruri gündəlik ehtiyacları təmin edilir.

Tədbirdə iştirak edən 15 valideynin sualları cavablandırılıb, təkliflər dinlənilib və müzakirələr aparılıb. Tədbir müəssisənin sakini olan uşaqların təqdimatında ədəbi-bədii hissə ilə davam etdirilib.