Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Narkomaniya ilə mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Bakının Yasamal rayonunda yerləşən 21 saylı tam orta məktəbdə təşkil edilən tədbirdə məktəbin müəllim heyəti, məktəb psixoloqları, eləcə də 9-11-ci sinif şagirdləri iştirak ediblər.
Sosial Xidmətlər Agentliyinin əməkdaşları Cavid Rəhimli və Aydan Əbdülbağıyeva Agentliyin fəaliyyəti, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, narkotik asılılığı və onunla mübarizə yolları mövzularında təqdimatlar ediblər.
Sonda şagirdlərin fikirləri dinlənilib və onlara bu istiqamətdə tövsiyələr verilib.