30 iyul - Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günüdür
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nına əsasən ölkəmizdə insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası tədbirləri mühüm yer tutur.
Milli Fəaliyyət Planına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən insan alverindən zərər çəkmiş şəxslərlə mütəmadi olaraq iş aparılır.
Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan alveri qurbanları və potensial insan alveri qurbanlarına sosial-hüquqi, sosial-psixoloji, tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Həmçinin zərərçəkmişlərin peşə hazırlığını və məşğulluğunu təmin etmək üçün müvafiq dəstək göstərilir.
Bu ilin ötən dövründə 30-dan çox şəxs Yardım Mərkəzinin göstərdiyi sosial-reabilitasiya xidmətlərindən yararlanıb. Mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən həmin zərərçəkmiş şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilib və həyata keçirilib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il 30 iyul tarixi Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insаn аlvеrinin mаhiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimаiyyətin diqqətinin insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlərə yönəldilməsidir.