Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində Uşaq hüquqları aylığı çərçivəsində müxtəlif görüşlər təşkil edilib.
Tədbirlərdə “Dünya uşaqlarının hüquqları” mövzusunda təqdimatlar aparılıb. İnkişaf, müdafiə, iştirak və yaşamaq hüquqları barədə ətraflı məlumat verilib. Uşaq hüquqları ilə bağlı problemlərin həllində uşaqların söz azadlığının və iştirakının əhəmiyyəti vurğulanıb.
Həmçinin, “Himayədar ailə” qayğı modeli barədə maarifləndirici söhbət aparılıb.