Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Abşeron və Xızı sakinləri üçün vətəndaş qəbulu keçirilib. Qəbulda ümumilikdə 30-a yaxın şəxs iştirak edib.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai şuranın üzvü İradə Rizazadənin iştirak etdiyi qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər arasında mənzil, avtomobil, sanatoriya-kurort yollayışları ilə təminat və s. ilə bağlı məsələlər üstünlük təşkil edib.
Vətəndaşların sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbullarda iştirak edə bilər. Bunun üçün (012) 525-41-30 (daxili 5625, 5614) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.