Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.
Ahıllara muzeyin kolleksiyaları, burada nümayiş etdirilən sənət əsərləri haqqında məlumat verilib. Sonra ahıllarımız “Şuşa, zəfərin mübarək” adlı kölgə teatr tamaşasını izləyiblər. Həmçinin onlar üçün ustad dərsi təşkil olunub.
Qeyd edək ki, 210 ahılın yaşadığı Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun infrastruktur qurulub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Onlar burada hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.