25.10.2023

Bakının Yasamal rayonunda yerləşən 21 saylı tam orta məktəbdə “Uşaq hüquqlarının müdafiəsinin onların psixososial inkişafına təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Bakının Yasamal rayonunda yerləşən 21 saylı tam orta məktəbdə “Uşaq hüquqlarının müdafiəsinin onların psixososial inkişafına təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib. 

“Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilən görüşdə Agentliyin əməkdaşları tərəfindən məişət zorakılığı və onun qarşısının alınması, məktəbli yaş dövrünün psixoloji xüsusiyyətləri və uşaq hüquqları, uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə təqdimatlar edilib. 

Tədbirin əsas məqsədi uşaqların sosial müdafiəsi, onların hüquqlarının təmin edilməsi, uşaqlara diqqət və qayğının təşviqi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, həmçinin bu sahədə məlumatlılığın artırılmasıdır. 

Sonda suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.