13.05.2024

Bu il 46 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 58 uşaq ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 46 uşaq övladlığa verilib. Onlardan 24-ü oğlan, 22-si qızdır.  

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. 

Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam etdirilir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq  ailələrinə qaytarılıb.