Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 6 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.
Onlardan 5-i uşaq və 1-i qadındır.
Repatriantlarla ilkin tibbi, sosial-psixoloji dəstək işlərinə başlanıb. Həmin qadın və uşaqların sosial-psixoloji qiymətləndirilməsi aparılaraq, hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında reabilitasiya tədbirləri həyata keçirilir.
Repatriantlar müəssisədə müvafiq xidmətlərlə təmin edildikdən sonra qohumlarına təhvil veriləcək.
Öz mənşə ailələrinə verildikdən sonra da onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdiriləcək.