12.01.2026

“Ekspert rəyi”nin budəfəki qonaqları Sosial Xidmətlər Agentliyinin Sosial təminat departamentinin müdir müavini Adil Əkbərov və "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri Rey Kərimoğludur.

13 yanvar saat 11:30-da DOST TV-də yayımlanacaq verilişdə imtiyazlı kateqoriyadan olan vətəndaşların mənzil və avtomobillə təminatı mövzusunda danışılacaq, həmçinin sizi maraqlandıran bir sıra məsələlərə aydınlıq gətiriləcək.