Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi olan 18 yaşınadək şəxslər üçün İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərinin xidmətlərindən yararlanan uşaqlar və onların ailə üzvlərinin Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan ekskursiya Sosial Xidmətlər Agentliyi və Bakı Zooloji Parkının birgə təşkilatçılığı ilə baş tutub.
Ziyarətin məqsədi Sosial Xidmət Mərkəzlərində dövlət qayğısı ilə əhatə olunan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Gəzinti zamanı 40 nəfərdən ibarət qrup zooparkın ərazisində yaşayan müxtəlif heyvanlarla yaxından tanış olaraq, əyləncəli vaxt keçiriblər.