Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərinin satış sərgisi keçirilib.
3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər gününə həsr edilən sərgi Qız qalası ərazisində təşkil edilib.
Satış sərgidə Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə öyrənən 15 gəncin 800-ə yaxın əl işi (xalçaçılıq, bədii tikmə, muncuqlarla toxuculuq, bədii oyma, dərzilik, rəssamlıq və b.) nümayiş olunub.
Tədbirin məqsədi həssas əhali qruplarından olan şəxslərin yaradıcılıq uğurlarının dəstəklənməsi, onların sosial reabilitasiyasının təşkil edilməsidir.