18.10.2023

Əlilliyi olan şəxslərin əl işlərinin sərgisi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət sərgi təşkil edilib. 

Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən sərgidə Peşə-əmək Reabilitasiya Mərkəzinin 15 nəfər yetirməsinin mindən çox əl işi nümayiş etdirilib. 

Xalçaçılıq, toxuculuq, bədii oyma, rəssamlıq, dulusçuluq, bədi tikmə və digər sahələrdə peşə bacarıqlarına yiyələnən həmin şəxslərin təqdim etdiyi əl işləri ziyarətçilərin marağına səbəb olub. 

Sərginin məqsədi bu kateqoriyadan olan şəxslərin yaradıcı potensialının cəmiyyətə tanıdılması və dəstəklənməsidir. 
 
Peşə-əmək Reabilitasiyası Mərkəzində təşkil edilən 3-6 aylıq kurslarda əlilliyi olan şəxslərin peşə hazırlığı və reabilitasiyası həyata keçirilir.