30.11.2023

Əlilliyi olan şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Əlilliyi olan şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb. 
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan və “Fəxr edirəm ki, Azərbaycanlıyam!” adı altında keçirilən Baxış-müsabiqəsində məqsəd əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə təqdim olunması, onların yaradıcı potensialının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. 
Baxış-müsabiqəsinə ölkənin müxtəlif regionlarından ümumilikdə 231 nəfər qatılıb. Qaydalara əsasən, əvvəlcə respublikanın regionları üzrə zona müsabiqəsi keçirilib.  İştirakçılar 5 nominasiya (muğam-mahnı, rəqs, instrumental ifaçılıq, poeziya, bədii qiraət) üzrə bacarıqlarını nümayiş etdiriblər. 
Zona müsabiqələrində fərqlənən 77 nəfər final mərhələsində iştirak edib. 
Eyni zamanda, Əlilliyi olan şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə yekun konsertin keçirilməsi planlaşdırılıb.