Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr olunan tədbir keçirilib. Tədbirdə Agentliyin Sosial Xidmət Mərkəzlərinin benefisiarları və onların valideynləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili, onlarda milli ruhun aşılanması, eləcə də bayramı birgə qeyd etmək olub.
Uşaqlara Novruzun tarixi, milli atributları və xalqımızın adət-ənənələri barədə məlumatlar verilib. Sosial Xidmət Mərkəzlərində xidmətlərdən yararlanan əlilliyi olan uşaqlardan ibarət “Parla” inkluziv mədəni kollektivi müxtəlif musiqi, bədii qiraət və rəqs nümunələri ifa ediblər.
Sonda uşaqlar üçün muzeydə ekskursiya təşkil edilib.