Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı, Vətən müharibəsi əlili Ruslan Şıxıyev “Acropolis International Wushu Open Tournament” beynəlxalq turnirində qızıl medal qazanıb.
R.Şıxıyev “Light sanda” üzrə (75 kq) bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına layiq görülüb.
Yunanıstanın Afina şəhərində keçirilən turnirdə 23 idmançı ilə təmsil olunan milli yığma komandamız uğurlu çıxış edərək ümumilikdə 21 medal əldə edib.