04.11.2024

Evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılın 87 yaşı qeyd edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Ağsu rayonunda evdə səyyar sosial-məişət xidməti göstərilən ahıl şəxs Bədəl Hacıyevi doğum günündə ziyarət ediblər.

O, Birinci Qarabağ müharibəsi şəhidi Asif Hacıyevin atasıdır. Ahılımıza Agentliyin sosial xidmətçisi tərəfindən ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərilir.

Ahılın sosial vəziyyəti ilə maraqlanan əməkdaşlar Bədəl Hacıyevi 87 yaşı olması münasibətilə təbrik edib, ona can sağlığı və uzun ömür arzu ediblər. Onun bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib.

Ahılımız göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib.