16.10.2024

Evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılın doğum günü qeyd edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Masallı şəhərində evdə səyyar sosial-məişət xidməti göstərilən ahıl şəxs Qəzənfər Babayevi doğum günündə ziyarət ediblər. 

Ahıl ər-arvad Qəzənfər Abuzər oğlu Babayev və Havanisə Qulamhüseyn qızı Babayevaya Agentliyin sosial xidmətçisi tərəfindən ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərilir. 

Ahılların sosial vəziyyəti ilə maraqlanan əməkdaşlar Qəzənfər Babayevi 81 yaşı olması münasibətilə təbrik edib, cütlüyə can sağlığı və uzun ömür arzu ediblər. Onların bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib. 

Ahıllarımız göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.