Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Quba rayonunda yaşayan Bəyəli Daşdəmir oğlu Fətiyevi doğum günündə ziyarət ediblər.
1924-cü ildə Quba rayon Şuduq kəndində anadan olan ahılımız 46 il Şuduq kənd məktəbində ibtidai sinif müəllimi işləyib.
Ziyarət zamanı ahılla həmsöhbət olan əməkdaşlar Bəyəli Fətiyevi 100 yaşı olması münasibətilə təbrik edib, can sağlığı və uzun ömür arzu ediblər. Onun bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı qeyd edilib.
2007-ci ildən tənha ahıl şəxs kimi sosial-məişət xidmətinə cəlb olunan Bəyəli baba ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən respublika üzrə 3311 ahıl və əlilliyi olan şəxsə səyyar sosial-məişət xidməti göstərilir.