07.11.2023

Gəncə sakinlərinin nəzərinə!

Gəncə sakinlərinin nəzərinə! 
Məişət zorakılığı ilə bağlı ictimai dinləmə keçiriləcək. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 17 noyabr 2023-cü il tarixində saat 11:00-da Gəncə şəhərində ictimai dinləmə keçiriləcək. 
İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Məişət zorakılığından zərər çəkmiş şəxslərin quruma müraciət etmələri barədə təlimatlandırılma” mövzusuna həsr olunacaq. 
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional filialına yaxınlaşıb, Agentliyin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib və ya (012) 525-41-30 telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz.