Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində növbəti qrup terapiyası keçirilib.
Sosial Xidmət Mərkəzində müxtəlif reabilitasiya xidmətlərinə cəlb edilən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların valideynləri üçün təşkil edilən qapalı qrup terapiyasının məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə dəstək göstərilməsi, onların sosial-psixoloji xidmətlərlə təmin edilməsidir.
Qrup terapiyasında iştirak edən valideynlər qarşılıqlı şəkildə öz yanaşmaları və faydalı şəxsi təcrübələrini bölüşüblər.
Görüş zamanı qrup dinamikasını yaratmaq üçün mərhələli şəkildə psixoloji oyunlar və psixometrik cədvəllərdən istifadə edilib.
Qrup əsaslı valideynlik proqramları onların psixososial sağlamlığının yaxşılaşdırılmasında ən səmərəli üsullardan biri hesab olunur.