12.06.2023

“İnsan Hüquqları Aylığı” çərçivəsində Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdlərinə təlim keçirilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdlərinə təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdlərinə təlim keçiblər.

“İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbir “İnsan alverinin uşaqlara xas aspektləri və uşaqların internet vasitəsilə cinsi istismara və ya zorakılığa cəlb olunması” mövzusuna həsr olunub. Təlimdə insan alverinin mahiyyəti, formaları, uşaqlara xas xüsusiyyətləri və bu kontekstdə uşaq hüquqlarının qorunması barədə məlumat verilib.

Həmçinin insan alverinə qarşı mübarizə üsulları və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyətindən bəhs edilib. Sonda şagirdlərlə birgə mövzuya dair müzakirələr keçirilib, insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.