Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhərində yerləşən 280 nömrəli tam orta məktəbdə maarifləndirmə görüşü keçirilib.
Məktəbin müəllim heyəti, psixoloqları, IX sinif şagirdləri və onların valideynlərinin iştirak etdiyi görüş 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təşkil edilib. Tədbir “İnsan hüquqlarının müdafiəsi” mövzusuna həsr olunub.
Çıxışlarda Agentliyin fəaliyyət istiqamətləri, göstərilən sosial xidmətlər, eləcə də “Təhsildə sosial iş” xidməti və insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışılıb.
Tədbirin məqsədi uşaqların ailədə təhlükəsizliyini qiymətləndirmək, onlara qarşı diqqət və qayğını təşviq etməklə hüquqlarını təmin etmək, azyaşlılarla pis rəftarın və zorakılığın qarşısını almaqdır.