Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Lənkəran-Astara regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Lənkəranda əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgisi təşkil edilib.
Sərgidə 15 nəfər əlilliyi olan şəxsin toxuculuq, ağac üzərində oyma, rəssamlıq və xalçaçılıq sahələri üzrə 100-ə yaxın əl işi nümayiş olunub.
Bu cür sərgilərin təşkilində məqsəd həssas kateqoriyadan olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.