12.03.2026

Məktəblilərə məişət zorakılığı və ondan müdafiə vasitələri barədə məlumat verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Beyləqan şəhəri, Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində məişət zorakılığı mövzusuna həsr olunan maarifləndirici görüş keçirilib. Tədbirdə 8-11-ci sinif şagirdləri ilə yanaşı, Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi və QHT üzvləri iştirak ediblər. 

Görüşdə Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, məişət zorakılığı mövzusunda təqdimat edilib. Şagirdlərə məişət zorakılığının formaları, onun yaratdığı fəsadlar və belə hallarla qarşılaşdıqda müraciət edə biləcəkləri dəstək mexanizmləri izah olunub.

Səlahiyyətli nümayəndələr və məktəblilər arasında fikir mübadiləsi aparılıb. Eləcə də iştirakçıların sualları cavablandırılıb.