13.09.2024

Naxçıvan MR-də 5 sosial xidmət müəssisəsi tikiləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmət müəssisələri şəbəkəsinin genişləndirilməsi işlərini davam etdirir.

Qeyd olunan işlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Şərur, Culfa, Kəngərli, Ordubad və Şahbuz rayonlarında da sosial xidmət müəssisələrinin tikilməsi üçün artıq konsept layihələr hazırlanıb. 
 
Bu layihələr üzrə Şərurda Psixoloji Sosial Xidmət Mərkəzi, Culfada Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi tikiləcək.

Kəngərlidə məişət zorakılığı və insan alveri qurbanlarının reabilitasiya yönümlü sosial xidmətlərlə  təminatını həyata keçirəcək müəssisə inşa olunacaq. Ordubad və Şahbuzda isə uşaqlar üçün günərzi qayğı mərkəzləri yaradılacaq.