23.07.2024

Peşə-əmək Reabilitasiyası Mərkəzində gözdən əlilliyi olan bir qrup şəxs üçün təlimlər təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində gözdən əlilliyi olan bir qrup şəxs üçün təlimlər təşkil edilib. 

Dövlət Məşğulluq Agentliyinin müraciəti əsasında “Sosial notlar” layihəsi çərçivəsində təşkil edilən “Öz biznesinə başla” təlimlərinə gözdən əlilliyi olan 9 nəfər cəlb edilib.  

Təlimlər ”Musiqiçi zərfi” üzrə şəxslərin özünəməşğulluğa cəlb edilməsi məqsədilə təşkil edilib. 

Təlim müddətində iştirakçılar Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin mütəxəssisləri tərəfindən sosial reabilitasiya, ilkin tibbi yardım, sosial-psixoloji, sosial-iqtisadi və sosial-hüquqi dəstək xidmətləri ilə də təmin ediliblər. 

Sonda iştirakçılar 4 fərqli istiqamət üzrə özünüməşğulluq proqramına cəlb ediləcəklər.