07.11.2023

Sabunçu Sosial Xidmət Mərkəzində “Dövlət Bayrağı Günü”nə həsr olunan tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunda fəaliyyət göstərən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün İxtisaslaşmış Sosial Xidmət Mərkəzində “Dövlət Bayrağı Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan uşaqlara dövlət bayrağımız haqqında məlumat verildikdən sonra bayraq şəkilləri rənglənib.
Sonra uşaqlar milli ruhda və vətənpərvərliyə həsr olunan şeirlər səsləndirib, art terapiyadan istifadə edərək bayraq nümunələri hazırlayıblar. 
Sabunçu Sosial Xidmət Mərkəzi də uşaqlara keyfiyyətli xidmət göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib.
Burda uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətlərinin təşkili ilə yanaşı, valideynləri də müvafiq təlimlərə cəlb olunur.
Mərkəzdə bu ilin oktyabr ayında 60-dan çox uşağa xidmət göstərilib.