13.08.2024

Sabunçu Sosial Xidmət Mərkəzində növbəti təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin  Sabunçu Sosial Xidmət Mərkəzində psixoloji və loqopedik maarifləndirmə mövzusunda tədbir keçirilib.

Tədbirdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin valideynləri, ölkəmizə repatriasiya edilmiş şəxslər və mərkəzin xidmətlərindən yararlanan digər valideynlər iştirak ediblər.


Görüş zamanı mütəxəssislər sosial-psixoloji və loqopedik xidmətlərin uşaqların inkişafındakı rolu barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirin məqsədi, bu sahədə məlumatlılığı artırmaqla uşaqlara diqqət və qayğının daha da artırılması, erkən vaxtlardan müdaxilə etməklə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına və onların sosial inklüziyası ilə bağlı məlumatlılığının artırılmasına dəstək göstərməkdir.

Təlimdə mütəxəsislər tərəfindən iştirakçıların sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  Eyni zamanda mərkəzin xidmətlərindən yararlanan uşaqlar üçün oyun terapiyası təşkil edilib.