24.11.2023

Sabunçu Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin valideynləri ilə görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin valideynləri ilə görüş keçirilib. 

Maarifləndirmə xarakterli tədbirdə uşaq hüquqlarının müdafiəsinin dövlətin siyasətində mühüm yer tutduğu vurğulanıb və bu sahədə görülmüş işlərdən danışılıb. 

Çıxışlarda bütün fəaliyyət sahələrində, eləcə də uşaqlar və onlarla müntəzəm təmasda olan şəxslər arasında uşaq hüquqları sahəsində məlumatlılığın artırılmasının vacibliyi diqqətə çatdırılıb. 

“Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən görüşdə həmçinin uşaqların və onların psixososial adaptasiyası istiqamətində valideynlərin rolu mövzusunda məlumatlar verilib.  

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.