Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev Vətən müharibəsi şəhidi Elvin Kərimovun ailəsini ziyarət edib. Şəhidimizin övladları Müşkünaz, Əsma və Zəhra ilə görüşüb.
Ziyarət zamanı E.Kərimovun vətənpərvərliyindən və döyüş yolundan danışılıb. Şəhidimizin xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı vurğulanıb.
Elvin Kərimov Suqovuşan uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailəsi müvafiq sosial dəstək tədbirləri ilə əhatə olunub, ailə üzvlərinə sosial ödənişlər təyin edilib.
Şəhidimizin ailəsi Nazirlik tərəfindən Ramana qəsəbəsində yerləşən yeni yaşayış kompleksində 3 otaqlı, tam təmirli mənzillə təmin olunub.