21.10.2024

Şəhidimiz Cəlal Ağayevin ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov Vətən müharibəsi şəhidi Cəlal Ağayevin ailəsini ziyarət edib.

Sədr müavini görüş zamanı şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanıb və ailəyə daim dəstək göstəriləcəyini qeyd edib. Nazirlik tərəfindən mənzillə təmin edilən və digər sosial dəstək tədbirləri ilə əhatə olunan ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan razılığını bildirib.

Ailə ilə söhbət zamanı şəhidimizin torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda göstərdiyi şücaətlərdən və şərəfli döyüş yolundan bəhs olunub.

Qeyd edək ki, Quru Qoşunlarının giziri şəhid Cəlal Ağayev Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən Uğrunda”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi  yubiley medalı” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.