18.10.2024

Sənin Qəhrəmanın - Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan Ramil Məmmədov

Azərbaycan Milli Ordusunun Quru Qoşunlarının əsgəri, Vətən müharibəsi əlili Ramil Rafiq oğlu Məmmədov 1995-ci ildə Neftçala rayonunda anadan olub. Orta təhsilini Sumqayıt şəhərində peşə liseyində alıb. 2015-2017-cu illərdə hərbi həqiqi xidmətdə olub.

Ramil Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci ilin oktyabr ayının 7-də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə ayağından və qolundan ağır yaralanıb.

Qəhrəmanımız Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən müharibəsi iştirakçısı", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ramil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobil və Abşeron rayonu ərazisində yerləşən yeni yaşayış kompleksindən ikiotaqlı mənzillə təmin olunub.