17.04.2024

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Sosial Xidmətlər Agentliyində olub

 

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Sosial Xidmətlər Agentliyində olub. 

Ramazan Bayramı ərəfəsində keçirilən görüş Səudiyyə Ərəbistanı tərəfindən bayram münasibətilə ölkəmizə göndərilən bayram sovqatının (20 tonluq xurma payı) təhvil-təslimi məqsədi daşıyıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev göstərilən diqqətə görə təşəkkür edib. 

F.Ağayev qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər və sosial müdafiə tədbirləri barədə məlumat verib. 

Göndərilən sovqat bayram günlərində Bakı və Sumqayıt şəhərləri ərazisində yaşayan həssas əhali qruplarından olan şəxslərə paylanıb.