01.11.2024

“Sosial iş” ixtisasının tələbələri üçün maarifləndirmə görüşü təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Bakı Biznes Universitetinin müəllim və tələbələri üçün maarifləndirmə görüşü təşkil edilib. 

“Uşaqlarla sosial iş prosesində onların hüquqlarının müdafiəsi” mövzusuna həsr olunan tədbirə “Sosial iş” ixtisasının 3-cü kurs tələbələri cəlb edilib. 

Sosial Xidmətlər Agentliyinin əməkdaşları Agentliyin fəaliyyəti, uşaq hüquqlarının müdafiəsi, hüquqları pozulmuş uşaqlarla aparılan sosial iş istiqamətində təqdimatlar ediblər. 

Çıxışlarda bu kimi görüşlərin gələcəyin sosial işçiləri üçün əhəmiyyəti vurğulanıb. 

20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.