30.10.2023

Sosial-məişət xidməti göstərilən ahılın 80 yaşı qeyd edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Masallıda Qəzənfər Abuzər oğlu Babayevi doğum günündə ziyarət ediblər. 
Qəzənfər Babayev və həyat yoldaşı Havanisə Babayeva ahıl ər-arvad olaraq Agentlik tərəfindən tənha ahıl kimi sosial xidmətə cəlb olunub. 
Agentliyin sosial xidmətçisi tərəfindən ahıla evdə (səyyar) sosial-məişət xidməti göstərilir. 
Əməkdaşlar ahılı doğum günü münasibətilə təbrik edib, ona can sağlığı və uzun ömür arzu ediblər. 
Ahıllarımızın bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib.