Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daha bir tədbir Lənkəranda keçirilib.
Görüş zamanı iştirakçılara Agentliyin təhsildə sosial iş xidməti barədə məlumat verilib.
Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin şagird və kollektivinin diqqətinə çatdırılıb ki, xidmətin əsas məqsədi uşaqların sosial müdafiəsini həyata keçirmək, onların hüquqlarının qorunmasına dəstək olmaq, pis rəftarın, eləcə də zorakılığın qarşısını almaq və bu sahədə məlumatlılığı artırmaqdır.
Çıxışlarda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi və əhəmiyyətindən də danışılıb.
Sonda iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.