Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbir keçirilib.
Agentliyin Lənkəran - Astara regional filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirə Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Masallı rayonlarından olan 30 ahıl cəlb edilib.