28.06.2024

Sosial Xidmətlər Agentliyi tərəfindən Probasiya xidmətinin əməkdaşları üçün “Sosial işin idarə edilməsi” (Keys menecment) sistemi haqqında təlim təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Probasiya xidmətinin əməkdaşları üçün “Sosial işin idarə edilməsi” (Keys menecment) sistemi haqqında təlim təşkil edilib. 

Agentliyin əməkdaşları təqdimatlarda “Keys menecment” yanaşmasının əsas məqsədi, göstərilən xidmətlər arasında koordinasiyanın yaradılması, sosial-psixoloji xidmətlər göstərilməsinə yönəlmiş, bir-birilə bağlı bir sıra ardıcıl tapşırıqlar silsiləsindən ibarət problemlərin sistematik həlli prosesi barədə məlumatlar veriblər. 

Bildirilib ki, arzu olunan səmərəli nəticəni əldə etmək üçün sosial işçi “Keys menecment” sistemi vasitəsilə şəxslərin ehtiyaclarının və problemlərinin qiymətləndirilməsini və planlaşdırılmasını həyata keçirə bilir. 

Probasiya xidmətinin əməkdaşlarına sosial-psixoloji qiymətləndirmə alətləri və bu alətlərdən istifadə qaydaları izah edilib. 

Sonda iştirakçıları maraqlandıran mövzularda müzakirələr aparılıb və suallar cavablandırılıb.