Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ədliyyə Nazirliyinin Probasiya xidmətinin əməkdaşları üçün “Sosial işin idarə edilməsi” (“Keys Menecment” sistemi) haqqında təlim təşkil edilib.
Təlimlər iki qurum arasında 2024-cü il ərzində görüləcək işlərə dair Tədbirlər Planının müvafiq bəndinə əsasən keçirilir.
Altı gün davam edəcək təlim proqramının açılış tədbirində çıxış edən Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva birgə əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər. Təlimlərin təşkilinin gələcəkdə sahə üzrə birgə fəaliyyətin gücləndirilməsində böyük rol oynayacağı qeyd edilib.
Agentliyin əməkdaşları təqdimatlarda “Keys menecment” yanaşmasının əsas məqsədi, göstərilən xidmətlər arasında koordinasiyanın yaradılması, sosial-psixoloji xidmətlər göstərilməsinə yönəlmiş, bir-birilə bağlı bir sıra ardıcıl tapşırıqlar silsiləsindən ibarət problemlərin sistematik həlli prosesindən danışıblar.
Təlim zamanı Probasiya xidmətinin əməkdaşlarına sosial-psixoloji qiymətləndirmə alətləri və bu alətlərdən istifadə qaydaları izah edilib.
Təlim mövzu ətrafında müzakirələr, müxtəlif qrup oyunları ilə davam etdirilib və iştirakçıların sualları cavablandırılıb.