Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov vətəndaşları qəbul edib. Vətəndaşların mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və digər sosial xidmətlərə dair müraciətlərinə baxılıb. İştirakçıların müvafiq mövzulara aid sualları cavablandırılıb.
Qəbul zamanı vətəndaşların müxtəlif məsələlər üzrə müraciətləri qeydiyyata alınıb və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, bu cür vətəndaş qəbulları mütəmadi olaraq keçirilir və sosial xidmətlərə əlçatanlığın artırılmasına xidmət edir. Qəbula yazılmaq üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.