14.06.2023

Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində maarifləndirici görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində maarifləndirici görüş keçirilib.

“İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil edilən görüş “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların hüquqlarının müdafiəsi” mövzusuna həsr olunub.

Çıxışlarda beynəlxalq mühitdə və Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, ölkəmizdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərlə bağlı həyata keçirilən sosial qayğı siyasəti, həssas kateqoriyadan olan uşaqlara münasibət və psixoloji dəstəkdən danışılıb.

Sonra iştirakçılara 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində dövlət qayğısı ilə əhatə olunan uşaqlara göstərilən kompleks sosial xidmətlər barədə məlumat verilib.