17.06.2023

Sosial Xidmətlər Agentliyinin 3 saylı psixonevroloji sosial xidmət müəssisəsində İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı psixonevroloji sosial xidmət müəssisəsində İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, işçi heyəti, sosial xidmət müəssisəsində yaşayan sakinlər iştirak edib.
Görüşdə mövzu ətrafında çıxışlar dinlənilib, insan hüquqları sahəsində ölkəmizdə atılan mühüm addımlardan danışılıb.
Sonda müəssisə sakinlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.