15.06.2023

Sosial Xidmətlər Agentliyinin 4 saylı psixonevroloji sosial xidmət müəssisəsində “İnsan Hüquqları aylığı” ilə bağlı görüş təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı psixonevroloji sosial xidmət müəssisəsində “İnsan Hüquqları aylığı” ilə bağlı görüş təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, müəssisənin kollektivi, burada reabilitasiyaya cəlb olunan sakinlərinin valideynləri iştirak ediblər.

Çıxışlarda Azərbaycanda insan hüquqları sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin hüquqları, onların tibbi-sosial təminatı və göstərilən sosial xidmətlərdən danışılıb.