23.04.2024

Sosial Xidmətlər Agentliyinin əməkdaşları Bakı Dövlət Universitetinin Qazax filialında “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Bakı Dövlət Universitetinin Qazax filialında “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər. 

Agentliklə Universitet arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən keçirilən görüşdə çıxış edənlər, “Sosial iş” ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün bu sahədə fəaliyyət göstərən qurumlarla birgə əməkdaşlığın əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, tərəflər arasındakı əməkdaşlıq, bu sahədə ixtisaslı və peşəkar mütəxəssislərin yetişdirilməsində əhəmiyyətli rol oynayacaq. 

Eləcə də, görüş iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Sosial işdə qiymətləndirmənin mahiyyəti və məqsədləri, qiymətləndirmə zamanı istifadə olunan müxtəlif sosial iş alətləri və üsulları, sosial xidmətin monitorinqi barədə təqdimatlar edilib. 

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.