19.06.2023

Sosial Xidmətlər Agentliyinin futbol komandası minifutbol çempionatında finala yüksəlib

Sosial Xidmətlər Agentliyinin futbol komandası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil etdiyi minifutbol çempionatında finala yüksəlib.

İyunun 17-də Nazirliyin Aparatı və Nazirliyə tabeli qurumların əməkdaşları arasında yarımfinal oyunları keçirilib, qaliblər müəyyənləşib.

Bu dəfəki oyunda Sosial Xidmətlər Agentliyi ilə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin komandaları qarşılaşıb. Matç Sosial Xidmətlər Agentliyinin 10-3 hesablı qələbəsi ilə başa çatıb. Bununla da finala yüksələn komanda, 24 iyun tarixində keçiriləcək oyunda digər finalçı DOST Agentliyi ilə çempionluq uğrunda yarışacaq.